EN

Qərbi Azərbaycan mövzusunda Zəngəzur mahnısı ictimaiyyətə təqdim olunub

ain.az bildirir, Baku.ws portalına istinadən.

Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda "Zəngəzur mahnısı"nı ictimaiyyətə təqdim edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, təqdimatda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

İctimai Birliyin sədri Əməkdar artist Ramil Qasımov mahnının dillər əzbəri olacağına əminlik ifadə edib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyav isə agentlik adından bu cür layihələrə dəstək verdiklərindən məmnun olduqlarını bildirib.

"Bu, sadəcə bir klip deyil, burada Azərbaycanın tarixi, mədəni irsi və gələcəyi birləşmiş formadadır".

Mahnının sözlərinin müəllifi Şahin Musaoğlu da, öz növbəsində, bildirib ki, ona gələn təklifi böyük məmnuniyyətlə qəbul edib:

"Hesab edirəm ki, bu layihə Zəngəzurun mədəni-tarixi irsinin tanıdılmasında əvəzsiz rol oynayacaq".

Qeyd edək ki, layihənin ideya müəllifi vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur. Musiqi əsərinin sözləri Şahin Musaoğluna, bəstəsi Əməkdar artist Vüqar Camalzadəyə məxsusdur. İfaçılar isə Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və İlkin Dövlətovdur. İfaçıları zurnada Fəqan Rəhmanoğlu müşayiət edib.

Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyev, koordinator isə Fərqanə Cabbarovadır. "Zəngəzur mahnısı" Azərbaycan mədəni-tarixi irsinin təbliği, milli yaddaşın gücləndirilməsi və qarşıdakı milli hədəflərin incə, estetik dillə musiqidə ifadəsidir.

Sözügedən layihə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Klipin çəkilişləri Şərqi Zəngəzurun Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb. Mahnının kilipi bu gündən televiziya kanallarında nümayiş olunacaq.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
4
baku.ws

5Sources