EN

Ağdamda 38 milyon manata kommunikasiya şəbəkəsi yenilənəcək

BAKI, 12 sentyabr. TELEQRAF

Ağdam şəhərinin 5 nömrəli yaşayış massivində yerləşən yaşayış və qeyri-yaşayış binalarında daxili kommunikasiya xətlərinin çəkilişi və zəruri avadanlıqların alınması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu məqsədlə ümumilikdə 38 milyon 52 min 762 manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, müvafiq işlərə "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi nəzarət edəcək.

Chosen
69
teleqraf.com

1Sources