EN

Maqnit qasırğalarının müddəti uzana bilər

Yazını böyüt
Yazını kiçilt

Günəşdə yeni, böyük tac dəliyi əmələ gəlib ki, bu, təxminən altı gün davam edəcək geomaqnit pozğunluqlarına səbəb ola bilər.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunur ki, əmələ gələn tac dəliyi geniş və sürətli günəş küləyi axını əmələ gətirir. Bütün bunlar 1-3 səviyyəli maqnit qasırğaları ilə nəticələnə bilər:

"Yer kürəsi şənbə günündən bazar gününə keçən gecə planetlərarası sahənin pozulmuş bölgəsinə daxil olacaq, bundan sonra küləyin sürəti 14-15 sentyabrda indiki 400 km/san-dən təxminən 500-600 km/san-ə qədər sürətlə artmağa başlayacaq və sentyabrın 16-da, çərşənbə axşamı günü 700 km/san pik göstəriciyə çatacaq".

Chosen
3
4
hafta.az

5Sources