EN

Riyaziyyatda oğlanlar, oxuyub-anlamada qızlar öndədir

2024–2025-ci il üzrə IV sinif şagirdlərinin nəticələrində cinsə görə müəyyən fərqlər müşahidə olunub.

Modern.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev qeyd edib. 

"Ümumi nəticələrə baxıldıqda, qızların orta nəticəsi 27.8 bal, oğlanların nəticəsi isə 27.3 bal olub. Bu da qızların oğlanları cüzi fərqlə üstələdiyini göstərir.

Fənlər üzrə nəticələrə gəldikdə isə riyaziyyat fənnində oğlanlar qızlardan bir qədər yüksək nəticə göstərərək orta hesabla 13.8 bal toplayıblar. Qızların bu fəndəki nəticəsi isə 13.0 bal olub. Əvəzində, oxuyub-anlama üzrə qızlar daha yüksək nəticə - 14.1 bal əldə ediblər. Bu göstərici oğlanlarda 13.4 bal təşkil edib".

Chosen
16
5
modern.az

6Sources