EN

Ermənistan və NATO regional təhlükəsizliyi müzakirə etdi

BAKI, 12 sentyabr. TELEQRAF

Sentyabrın 12-də Ermənistanın müdafiə naziri Suren Papikyan bir sıra ölkələrin NATO-dakı səfirlərini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Suren Papikyan müdafiə sahəsində aparılan islahatları və hərbi qüvvələrin modernləşdirilməsi prosesini təqdim edərək, bu sahədə NATO-nun əhəmiyyətli rolunu vurğulayıb.

Görüş zamanı Ermənistan-NATO əməkdaşlığının gedişi və inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Chosen
52
1
teleqraf.com

2Sources