EN

Gümüşün qiyməti 14 ildən sonra 43 dolları ötüb

Comex birjasında gümüşün qiyməti 2011-ci il sentyabrın 5-dən bəri ilk dəfə olaraq 43 dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarükü üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti ticarət məlumatlarına görə, 5 sentyabr 2011-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 43 dolları ötüb.

Qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 43,04 dollar (+0,91%) təşkil edib. 

Eyni zamanda, 2025-ci ilin dekabrında çatdırılma üçün qızıl fyuçerslərinin dəyəri 0,39% azalaraq 1 troy unsiyası üçün 3677,3 dollar təşkil edib.

Chosen
4
1
ucnoqta.az

7Sources