Azərbaycanlı futbolçu Turan Manafov karyerasını Cənubi Afrika Respublikasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, o, bu ölkənin "Stellenboş" klubu ilə razılığa gəlib

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. O, 2 nömrəli formanı tərlədəcək.

Qeyd edək ki, T. Manafovun son klubu "Kəpəz" olub.