EN

Bu şəxslər metroda daha artıq pul ödəyəcək: Gedişhaqqı ilə bağlı YENİLİK

Metroda məsafəyə görə ödəniş sistemi tətbiq oluna bilər.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Məmmədov News24.az-ın sorğusuna cavabında məlumat verib.

Onun sözlərinə görə, hazırda vahid tarif sistemi ilə fəaliyyət göstərən metroda gələcəkdə məsafəyə görə – yəni differensial ödəniş üsuluna keçid nəzərdən keçirilə bilər. Bu halda sərnişinlər hərəkət etdikləri marşrutun uzunluğuna uyğun olaraq ödəniş edəcəklər. 

“Bu, hər stansiyaya görə fərqli ödəniş qaydası deməkdir. Yaxın məsafə qət edən sərnişin daha az, uzaq məsafəyə səyahət edən isə nisbətən çox vəsait ödəyəcək”, – deyə Emil Məmmədov bildirib.

Aqil Qarayev

Chosen
57
2
news24.az

3Sources