EN

Zelenski Putini sərt tənqid etdi: “Ona alman dili öyrədildi, amma Avropalı olmaq öyrədilmədi”

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən Birinci xanımlar və cənablar sammitində çıxış edib. Tədbirin əsas mövzusu təhsil olub.

Zelenski çıxışında Rusiya lideri Vladimir Putinlə bağlı sərt açıqlamalar verib:

“Hamımız Putinin müəllimləri haqqında məlumat tapa bilərik. Rus təbliğatçıları onun alman dili müəllimini tez-tez göstərirdilər. O qadın peşəkar idi və görünürdü ki, şagirdi ilə fəxr edir. O, Putinə alman dilini öyrətdi, amma Avropalı olmağı öyrədə bilmədi. Putin Leninqrad universitetini bitirdi, hüquqşünas diplomu aldı. Amma necə oldu ki, bu hüquqşünas Rusiyanı elə idarə etdi ki, sonda Beynəlxalq Cinayət Məhkəməsinin orderinə düşdü? Və nə üçün? Ukrayna uşaqlarını qaçırdığına görə!” — deyə Zelenski bildirib.

Ukrayna lideri Putinin yalnız müəllimlərindən deyil, həm də idman məşqçisindən “kriminal davranış kodeksi” öyrəndiyini deyib:

“Putin gənclikdə idmanla məşğul idi, amma onun məşqçisi sadəcə judo müəllimi deyildi, həyat və insanlara münasibətdə də kriminal prinsipləri aşıladı. Necə oldu ki, milyonlarla rusiyalı, o cür məşqçiyə sahib olmasalar da, liderlərinin düşüncə tərzi ilə eyni xəttə düşdülər?” — Zelenski sual edib.

Prezident Rusiyanın təhsil sistemini də kəskin tənqid edib. Onun sözlərinə görə, bu gün rus məktəblilərinə və tələbələrinə ölkələrinin həqiqi tarixi öyrədilmir:

“Biz təkcə bir insanın bioqrafiyası və bir qatillə üz-üzə deyilik. Biz Rusiyanın mədəniyyətindəki dərin problem ilə qarşı-qarşıyayıq — bu mədəniyyət qaçılmaz olaraq müharibəyə aparır. Rusiya kimlərlə müharibə aparmayıb? Heç kimlə. Hətta Çini də aşağılamağa və koloniyalaşdırmağa cəhd ediblər, Mançuriyanı və digər əraziləri mənimsəmək istəyiblər. İndi rus şagirdləri məktəbdə və universitetdə bu həqiqi tarixi öyrənə bilirlərmi? Əlbəttə ki, yox. Rusiyanın siyasi saxtakarlığı onun akademik saxtakarlığından qaynaqlanır — uşaqdan başlayaraq gənclərə yalan öyrədənlərdən.”

Zelenski vurğulayıb ki, təhsil və mədəniyyət sahəsindəki bu saxtalıqlar Rusiya cəmiyyətini sistemli şəkildə militarist düşüncəyə sürükləyir.

Musavat.com

Chosen
7
2
musavat.com

3Sources