EN

İtaliyalı baş məşqçi: Məqsədimiz Azərbaycan liqasında böyük büdcələrə malik klublarla rəqabət aparmaqdır MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

UNEC voleybol komandasının italiyalı yeni baş məşqçisi Covanni Torçio AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- UNEC-dən ilk təklifi necə aldınız?

- Açığı, UNEC klubunun prezidentinin mənimlə əlaqə saxlaması çox xoş oldu. Ötən mövsümün sonunda bu təklif irəli sürüldü və mən də dərhal ideyanı maraqlı hesab etdim. UNEC-in inkişaf hekayəsinin bir parçası olmaq mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan motivasiyavericidir.

- Komanda ilə birlikdə qarşıya qoyduğunuz əsas məqsəd nədir?

- Məqsədimiz aydındır. Azərbaycan liqasında böyük büdcələrə malik klublarla rəqabət aparmaq. Bunun üçün bizdə milyonluq transferlər yoxdur, amma hesab edirəm ki, düzgün təşkilatlanma, ciddi nizam-intizam və yüksəkkeyfiyyətli məşq prosesi ilə bu fərqi qismən bağlaya bilərik. Mənim üçün ən vacibi odur ki, oyunçular meydanda öz potensiallarının maksimumunu göstərsinlər.

- Transferləri necə həyata keçirdiniz?

- Əlbəttə, büdcəmiz böyük klublarla müqayisədə çox məhduddur. Amma buna baxmayaraq, düşünürəm ki, transfer prosesi bizim üçün uğurlu oldu. Ən azı, işləmək istədiyimiz və sistemimizə uyğun gələn oyunçuları komandamıza qata bildik. Mənim üçün adlardan çox uyğunluq və peşəkar yanaşma vacibdir.

- Yeni mövsümdən gözləntiləriniz necədir?

- Doğrusu, bu suala hələ tam cavab vermək tezdir, çünki mövsüm yeni başlayıb. Amma artıq ilk oyunlardan görünür ki, liqa əvvəlki illərlə müqayisədə daha rəqabətlidir. Hazırda 4–5 komanda var ki, medal uğrunda mübarizə aparmaq üçün ciddi büdcə xərcləyiblər. Bu isə hər oyunu daha maraqlı və gərgin edəcək. Mən əminəm ki, bizi çox keyfiyyətli və maraqlı voleybol mövsümü gözləyir.

- Mövsümün gedişində yeni oyunçular almağı planlaşdırırsınız?

- Xeyr, hazırkı heyətdən razıyam. Zədələr olmasa, belə davam edəcəyik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
azertag.az

4Sources