EN

Aftandil Hacıyev: Benfika ilə oyun komandamız üçün yaxşı təcrübə olacaq

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

UEFA Gənclər Liqasının əsas mərhələsinin I turunda "Benfika" ilə oyun "Qarabağ"ın U-19 komandasının futbolçuları və baş məşqçisi üçün yaxşı təcrübə olacaq.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev açıqlama verib.

O, komandanın Portuqaliyada bu rəqibə qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb: "U-19 artıq bir yoldaşlıq və çempionat matçı keçirib. Heyətə iki nigeriyalı futbolçu cəlb etmişik. Şengen vizaları həll edilmədiyi üçün ilk turda oynamayacaqlar. "Benfika" ilə matçda öz oyunçularımızla mübarizə aparacağıq".

44 yaşlı mütəxəssis rəqibin son matçlarına baxdıqlarını söyləyib: "Keyfiyyətli kollektivdir. Çəkinmədən oynasaq, onlara qarşı mübarizə apara bilərik. "Benfika"nın bu gün gördüyü işlər göz qabağındadır. Dünyada sayılıb-seçilən akademiyaları var. Yüksək səviyyəli oyunçular yetişdirirlər. Daha əvvəl bu klubun akademiyasını ziyarət etmişəm, şərait və iş prinsipləri ilə bağlı məlumatım var. Bu qarşılaşma bizim futbolçular və məşqçilərimiz üçün yaxşı təcrübə olacaq. Bu baxımdan qazanacağımız çox şey var".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
icma.az

2Sources