ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Yanacaqdoldurma məntəqələrində müştəriləri aldatmağa yönəlmiş fırıldaqçılıq halları getdikcə artmaqdadır. Belə hallar xidmətin keyfiyyətinə mənfi təsir göstərir və müştərilərin haqlı narazılığına səbəb olur.
Bəzi məntəqələr müştərinin başını qataraq benzini tam doldurmayıb yarısını vurduqları ilə bağlı şikayətlər alır. Belə bir hadisə psixoloq Tehranə Əsgərovanın da başına gəlib.
Onun sözlərinə görə, Ağ şəhərdə yerləşən “Lukoil” YDM-də bir işçi benzini vurur, digər işçi isə hələ maşının çəni tam dolmamış yaxınlaşaraq müştərinin başını qatır, hesab götürür və benzini yarıda saxlayaraq 6-7 litr qənaət edir:
“Administratoru çağırıb şikayət etsəm də, işçilərin hamısı əlbir olduqları üçün heç bir faydası olmur. Benzin vurduğunuz zaman gözünüzün benzinin tam dolmasında olmasına və ödənişi yalnız bundan sonra etməyə diqqət yetirmək lazımdır”.
Bu cür hallar hər kəsin başına gələ bilər və müştərilər soyuqqanlı olmalı, diqqətli davranmalı, xidmət tamamlanmadan ödəniş etməməlidirlər.
Eltac Zülfüqaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.