EN

“Çelsi”nin daha bir hücumçusu “Qarabağ”la oyunu buraxacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan İngiltərəninn “Çelsi” komandası daha bir itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, London təmsilçisinin yeni transferi Liam Delap zədə səbəbindən 10-12 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib.

22 yaşlı forvard Premyer Liqanın III turunda "Fulhem"lə matçın ilk hissəsində zədələnib

Qeyd edək ki, "Qarabağ" “Çelsi” ilə noyabrın 5-də Bakıda üz-üzə gələcək. “Zadəganlar”ın digər hücumçusu Dariu Essuqu da eyni səbəbdən “Qarabağ”la matçı buraxacaq.

 

Chosen
20
2
azertag.az

3Sources