Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı Ukraynada münaqişə başlayandan sonra tətbiq edilən fərdi sanksiyaların müddətini altı ay müddətinə uzatmağa razılaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasına Danimarka sədrliyi X sosial şəbəkəsində məlumat verib.
Söhbət 2500-dən çox fiziki və hüquqi şəxsə şamil edilən sanksiyalardan gedir. Sonuncu dəfə məhdudlaşdırıcı tədbirlər bu ilin martında uzadılıb.