ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı - 2025-in (EBSL) final mərhələsində ikinci oyununu keçirib.
İdman.biz xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Litva yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu Kamran Qürbətov vurub.
Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb. Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.