EN

İsraildən ŞOK TƏHDİD: Növbəti hədəf Türkiyə ola bilər!

Qətərin paytaxtı Dohada İsrailin HƏMAS heyətinə qarşı hücum cəhdindən sonra təqaüdçü İsrailli polkovnik Dr. Moşe Eladın Türkiyəni hədəf alan açıqlamaları diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Elad NATO-nun mövqeyini şübhə altına alaraq bildirib: "Növbəti hədəf Türkiyə ola bilər."

İsrailin təcavüzkar davranışlarına reaksiya göstərən ölkələrin hədəfə alınacağını iddia edən Elad Türkiyənin də bu siyahıda ola biləcəyini deyib. O, İsrailin artıq on illərdir “qırmızı xətləri” aşdığını və Fələstinlilərə qarşı sərt əməliyyatlar apardığını bildirib:

"İsrail təxminən 50 il əvvəl bu xətləri keçib. Avropanın ortasında Mossadın siyasi nəticələri nəzərə almadan Fələstin Azadlıq Təşkilatının üzvlərini necə aradan qaldırdığını hər kəs yaxşı xatırlayır."

Qətərin vasitəçilik fəaliyyətini dayandırmasını şərh edən Elad Dohanın artıq təhlükəsiz olmadığını və vasitəçilik rolunun zəiflədiyini qeyd edib:

"Doha rəhbərliyi ABŞ-ın himayəsi altında olduqlarını və bu səbəbdən HƏMAS-ın toxunulmaz qalacağını düşünürdü. Lakin bu fikir artıq çökmüş vəziyyətdədir. Əgər vasitəçilik rolu Türkiyəyə keçərsə, Ankara İsrailin İstanbulun və ya Ankaranın mərkəzində hücum həyata keçirməsi riskinə hazırdımı?"

Elad daha sonra NATO-nun potensial mövqeyinə toxunaraq, İsrailin hücumu halında təşkilatın Türkiyəyə qeyd-şərtsiz dəstək verəcəyinin şübhə altında olduğunu deyib:

"Türkiyə düşünür ki, NATO üzvlüyü ona toxunulmazlıq verir. Lakin NATO konsensusla qərar verən bir təşkilat deyil. Qərarlar nadir hallarda yekdilliklə qəbul olunur. Ona görə də NATO-nun Türkiyəni şərtsiz şəkildə dəstəkləyəcəyinə heç bir zəmanət yoxdur."

Aytən Yaşar/ Turkustan.az

Chosen
19
1
turkustan.az

2Sources