EN

Yumurta böhranı gözlənilir: Səbəbi bəllidir

Toyuq yumurtası Rusiyada ən ucuz ərzaq məhsullarından birinə çevrilib. Bu vəziyyət quşçuluq təsərrüfatlarının rentabelliyinə zərbə vuran və sənayeni yeni böhrana aparan həddən artıq istehsal nəticəsində yaranıb.

Publika.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sentyabrın əvvəlində birinci kateqoriyalı 10 yumurta 53,3 rubla (təxminən 1 mant 6 qəpik) qədər ucuzlaşıb ki, bu da bir il əvvəlkindən 26,5 faiz azdır. İkinci kateqoriyalı yumurtalar daha çox - 31,9 faiz azalaraq 40 (təxminən 0,80 AZN) rubla düşüb.

Məlumata görə, 2025-ci ilin ilk yeddi ayında yumurta istehsalı 6,3 faiz artaraq 23,18 milyard ədəd olub. Nəticədə, o, artıq daxili istehlakın 120 faizini ötüb.

Lakin tələb o qədər də sürətlə artmır. 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər satışlar natura şəklində iki faiz artsa da, pul ifadəsində altı faiz azalıb. Nəticədə istehsalın rentabelliyi bir neçə dəfə azalaraq 11,01 faiz təşkil edib.

Chosen
13
publika.az

1Sources