EN

DGK nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilə şirkət arasında sövdələşmə

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Dövlət Gömrük Komitəsi (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalı "Medeks" şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə "Deka SmartXide" markalı lazer cihazının LCD monitor hissəsinin və əlaqədar xidmətlərin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 5 747 manatdır. Satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Medeks" şirkəti 25 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.

Ondan əvvəl şirkəti Təhməzli Qoşqar İlahi oğlu təmsil edib. O, 2016-cı ilədək "Medeks" MMC-nin rəhbəri olub. 

Qoşqar Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir. AQTA sədri bu vəzifəyə 2017-ci ildə təyinat alıb. 

AQTA sədri ilə bağlı bioqrafik məlumatlarda da onun 2008-2016-cı illərdə "Medeks" MMC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilib. Bəzi məlumatlara görə isə Qoşqar Təhməzli "Medeks"MMC-nin təsisçisidir. Bu barədə mediada da çoxsaylı məlumatlar var. Bu məlumatların heç biri təkzib olunmayıb. 

Seyid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
qaynarinfo.az

2Sources