AZ

DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında SÖVDƏLƏŞMƏ

Dövlət Gömrük Komitəsi (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalı "Medeks" şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 



Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə "Deka SmartXide" markalı lazer cihazının LCD monitor hissəsinin və əlaqədar xidmətlərin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 5 747 manatdır. Satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Medeks" şirkəti 25 fevral 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Elşən Yusif oğludur.

Ondan əvvəl şirkəti Təhməzli Qoşqar İlahi oğlu təmsil edib. O, 2016-cı ilədək "Medeks" MMC-nin rəhbəri olub. 

Qoşqar Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir. AQTA sədri bu vəzifəyə 2017-ci ildə təyinat alıb. 

AQTA sədri ilə bağlı bioqrafik məlumatlarda da onun 2008-2016-cı illərdə "Medeks" MMC-nin baş direktoru vəzifəsində çalışdığı qeyd edilib. Bəzi məlumatlara görə isə Qoşqar Təhməzli "Medeks"MMC-nin təsisçisidir. Bu barədə mediada da çoxsaylı məlumatlar var. Bu məlumatların heç biri təkzib olunmayıb. 

Seçilən
7
1
manset.az

3Mənbələr