EN

Polis paytaxtda 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb

Bakı. Trend:

Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydəalınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməkləümumilikdə 35 min 500 manatı ələ keçirilib.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə zərərçəkənlər polisə müraciətediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilənəməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Chosen
34
35
az.trend.az

10Sources