EN

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoruprofessor Gülçöhrə Məmmədova Türkiyənin İzmir BakırçayUniversitetinin rektoru professor Mustafa Berktaş ilə görüşüb.Görüşdə hər iki universitetin nümayəndə heyətləri də iştirakediblər.

Rektor Gülçöhrə Məmmədova universitet haqqında məlumat verərəkbildirib ki, bu il universitetin yaranmasının 50 illiyi ilə qeydolunacaq və bu dövürdə AzMİU böyük təcrübə qazanıb: "AzərbaycanMemarlıq və İnşaat Universiteti ölkəmizin memarlıq, inşaatmühəndisliyi, dizayn, kommunikasiya sistemləri mühəndisliyi vədigər sahələr üzrə ixtisaslı kadrların hazırlanmasında xüsusi rolamalikdir. Hazırda 7 fakültə, 30-dan çox ixtisas, 13 minə yaxıntələbə və 500 çox akademik heyət üzvü ilə fəaliyyət göstəririk.Universitetimiz həm tədris, həm də elmi-tədqiqat potensialı iləseçilir. Biz beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət veririk.Hazırda dünyanın nüfuzlu universitetləri ilə 150-yə yaxınəməkdaşlıq müqaviləmiz, 13 ikili diplom proqramımız mövcuddur.Məqsədimiz tələbələrimizi qlobal elmi-təhsil məkanının birparçasına çevirmək, tədqiqat yönümlü və beynəlxalq universitetmövqeyimizi daha da gücləndirməkdir."

Rektor Mustafa Berktaş isə çıxışında İzmir BakırçayUniversitetininyeni yaranmasına rəğmən sürətli inkişafına diqqətçəkib: "Bakırçay Universiteti gənc, dinamik və sürətlə inkişaf edənali təhsil müəssisəsidir. Biz qısa müddətdə Türkiyəninsayılıb-seçilən universitetlərindən birinə çevrilmişik. Burada 7fakültə, müxtəlif ixtisas proqramları, geniş tələbə auditoriyası vəgüclü tədqiqat mühiti mövcuddur. Xüsusilə beynəlxalq əməkdaşlığa,mübadilə proqramlarına və birgə layihələrin həyata keçirilməsinəböyük əhəmiyyət veririk. Azərbaycan Memarlıq və İnşaat Universitetiilə əməkdaşlıq bizim üçün çox dəyərlidir. İnanırıq ki, buəməkdaşlıq həm universitetlərimiz, həm də ölkələrimiz arasındakıelmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmətedəcək."

Görüşdə nümayəndə heyətlərinin üzvləri də çıxış edərəkəməkdaşlığın perspektivləri barədə fikirlərini bildiriblər.Müzakirələr zamanı ilkin olaraq əməkdaşlıq üçün yol xəritəsininhazırlanması və Orhun proqramı çərçivəsində müəllim və tələbəmübadiləsinin həyata keçirilməsi üçün lazımi prosedurların yerinəyetirilməsi barədə razılıq əldə olunub.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Məqalədə:
Chosen
30
5
az.trend.az

6Sources