EN

UEFA-dan yenilik: Klublar zədəli futbolçularını əvəzləyə biləcək

İcraiyyə Komitəsi UEFA-nın klub turnirlərinin 2025/26 mövsümü üçün reqlamentinə dəyişikliklər edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yeniliklər UEFA İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclasında təsdiqlənib. Qərara əsasən, bundan sonra klublara ağır zədə və ya xəstəlik halında bir meydan oyunçusunu müvəqqəti əvəz etmək imkanı veriləcək. Bu dəyişiklik qrup mərhələsi ərzində, hətta altıncı tura qədər həyata keçirilə biləcək.

UEFA-nın əsas məqsədi komandalarda heyət çatışmazlığının qarşısını almaq və futbolçuları artıq yüklənmədən qorumaqdır.

Chosen
10
publika.az

1Sources