EN

“Qarabağ” SON TRANSFERini niyə hələ gizli saxlayır?

«Qarabağ»ın Ramil Şeydayevlə üçüncü dəfə anlaşmasından məlumatlısız.

2017/2018 mövsümündə və 2021-2023-cü illər aralığında Ağdam klubunun formasını geyinmiş hücumçu yenidən bura dönüb.

29 yaşlı forvard köhnə-yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Bəs ölkə çempionu "Neftçi" ilə yollarını qarşılıqlı razılıq əsasında ayırmış ön xətt oyunçusunun dönşünü niyə hələ açıqlamır?

Klubdan əldə etdiyimiz məlumata görə, Şeydayevin adı Peşəkar Futbol Liqasına göndərilən sifariş ərizəsinə əlavə olunub.

Sadəcə, bəzi hüquqi prosedurlar hələ tamamlanmayıb. Sənədləşmənin bu gün-sabah tamamlanması göjzlənilir.

SPORTİNFO.AZ

Chosen
9
sportinfo.az

1Sources