EN

Tusk: NATO sentyabrın 12-də Polşada PUA insidentinə cavab verəcək

 NATO sentyabrın 12-də Polşada PUA insidentilə bağlı alyansın şərq cinahı ilə bağlı qəbul edilən qərarlar barədə məlumat verəcək.

NOCOMMENT.az bildirir ki, bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk bildirib.

“Mən NATO-nun baş katibi [Mark Rutte]-dən məlumat aldım ki, biz sentyabrın 12-də baş verənlərdən sonra NATO-nun şərq cinahı ilə bağlı növbəti addımlarının nə olacağını öyrənəcəyik”, – Tusk TVP Info kanalında yayımlanan mətbuat konfransında deyib.

Polşanın hava məkanının mənşəyi naməlum pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə əlaqədar NATO Varşavanın tələbi ilə Şimali Atlantika Müqavilənin 4-cü maddəsinə istinad edərək müvafiq məsləhətləşmələrə başlayıb. Bundan əlavə, Polşa rəhbərliyi – prezident, baş nazir, Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri Qərbdəki bir sıra müttəfiqləri ilə danışıqlar aparıblar.

Sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun əməliyyat komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb və respublika prezidentinin ofisi 21 belə halı iddia edir.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri İvano-Frankivsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə zərbələr endirib. Polşa ərazisində planlaşdırılan məhvetmə hədəfləri yox idi. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “bu mövzuda” Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını bildirib.
NATO sentyabrın 12-də Polşada PUA insidentilə bağlı alyansın şərq cinahı ilə bağlı qəbul edilən qərarlar barədə məlumat verəcək. Bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk bildirib.
“Mən NATO-nun baş katibi [Mark Rutte]-dən məlumat aldım ki, biz sentyabrın 12-də baş verənlərdən sonra NATO-nun şərq cinahı ilə bağlı növbəti addımlarının nə olacağını öyrənəcəyik”, – Tusk TVP Info kanalında yayımlanan mətbuat konfransında deyib.

Polşanın hava məkanının mənşəyi naməlum pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə əlaqədar NATO Varşavanın tələbi ilə Şimali Atlantika Müqavilənin 4-cü maddəsinə istinad edərək müvafiq məsləhətləşmələrə başlayıb. Bundan əlavə, Polşa rəhbərliyi – prezident, baş nazir, Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri Qərbdəki bir sıra müttəfiqləri ilə danışıqlar aparıblar.

Sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun əməliyyat komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə 19 hava məkanı pozuntusu qeydə alınıb və respublika prezidentinin ofisi 21 belə halı iddia edir.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri İvano-Frankivsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvovda Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə zərbələr endirib. Polşa ərazisində planlaşdırılan məhvetmə hədəfləri yox idi. Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların uçuş məsafəsi 700 km-dən çox deyil. Rusiya Müdafiə Nazirliyi “bu mövzuda” Polşa tərəfi ilə məsləhətləşmələrə hazır olduqlarını bildirib.
Chosen
11
nocomment.az

1Sources