EN

Belçika şirkətləri Orta Dəhliz üzrə Azərbaycanla tərəfdaşlıqda perspektivlər görür - Stef Qoris (Özəl)

Bakı. Trend:

Qarşıdakı 3-5 il ərzində Azərbaycan və Belçika arasındakıəməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə artımı gözlənilir,ələlxüsus da logistika sahəsində, belə ki, bir çox Belçikaşirkətləri Orta dəhlizə maraq göstərirlər

Bunu Belçika-Azərbaycan ticarət palatasının sədri Stef QorisTrend-ə verdiyimüsahibədə deyib.

“Missiyanın iştirakçıları arasında Belçikanın iri intermodalşirkəti və beynəlxalq ekspeditoru olan “MOVE Intermodal” şirkətininbaş direktoru Lyuk Drissen də yer alırdı. O, Bakıda və marşrutundigər sahələrində - ta Çinə və Uzaq Şərqə qədər olan ərazidə, birgəfəaliyyətin inkişafı üçün biznes-tərəfdaş axtarır. Belçikalışirkətlər də məhz indi bunu kəşf edirlər”, - deyə Stef Qorisbildirib.

Palata sədri əlavə edib ki, “MOVE Intermodal” böyük ehtimalla“Helman Worldwide Logistics” ilə uğurlu razılaşmaya nail olacaq.“Bu çox böyük bir razılaşma ola bilər. Şirkət Bakıya ilk dəfə gəlibvə əvvəllər Azərbaycanda heç vaxt fəaliyyət göstərməyib. Bizonların səfərini təşkil etdik, üç–dörd gün ərzində işgüzar görüşlərkeçirdik və konkret nəticələr əldə etdik ki, bu da əhəmiyyətli birnailiyyətdir”, - o vurğulayıb.

Belçika şirkətləri xüsusi olaraq mettalurgiya sahəsinə maraqgöstərirlər.

“Metallurgiya dedikdə biz təkcə qalvanasiya deyil, əlvanmetalların istehsalı, onların emalı, təkrar istifadəsini nəzərdətuturuq”, - Stef Qoris bildirib. Missiya çərçivəsində “AzerAluminium” şirkəti və direktoru Maksim Poladovla məhsuldar görüşbaş tutub.

Səfər zamanı həmçinin SOCAR və SOCAR Azerikimya-nın başqərargahında ZINGAMETALL (ZINGA), “MOVE Intermodal”, “JohnCockerill Hamon” və “Sarens Group” şirkətlərinin iştirakı iləgörüşlər keçirilib.

Missiyanın vacib nəticələrindən biri sənaye materiallarının vəavadanlıqların təchizatı və tətbiqi üzrə ixtisaslaşmış Azərbaycanşirkəti – “Polad Texno” ilə əldə olunan razılaşmadır. Şirkətgələcəkdə belçikalı “ZINGAMETALL” şirkətinin, qoruyucu örtüklər vəmetal materiallar istehsalçısının məhsullarının distribyutoruolmağa hazırlaşır. “Polad Texno” məhsulların yerli bazardamövcudluğunu təmin edəcək və onların tətbiqi üzrə ekspert dəstəyigöstərəcək.

S.Qoris həmçinin növbəti ticarət missiyasını yazın yaxınlarındatəşkil etməyi planlaşdırdıqlarını bildirib.

Məqalədə:
Chosen
70
1
az.trend.az

2Sources