EN

Ərdoğan üçüncü dəfə də prezident ola bilər

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Prezident Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə də prezidentliyə namizəd olmasını dəstəklədiyini bildirib.

Hafta.az xəbər verir ki, Bağçalı “Sabah” qəzetinə müsahibəsində vurğulayıb ki, MHP Ərdoğanın qərarından asılı olaraq ona tam dəstək verəcək:

“Sosial və iqtisadi çətinliklərə baxmayaraq, Türkiyə Ərdoğanın rəhbərliyi ilə 15 iyul 2016-cı il çevriliş cəhdi də daxil olmaqla kritik mərhələlərdən uğurla keçib. Biz 2028-ci ildə də onun prezidentliyinin davam etməsini istəyirik”.

Türkiyə Konstitusiyasına görə, prezident yalnız ardıcıl iki dəfə seçilə bilər. Bu isə Ərdoğanın üçüncü dəfə namizədliyini irəli sürməsini qanun dəyişikliyi olmadan mümkünsüz edir.

Bahçelinin bu açıqlaması 2028-ci ilə qədər Türkiyədə konstitusiya dəyişikliyi müzakirələrinin gündəmə gələ biləcəyini göstərir.

Chosen
9
5
hafta.az

6Sources