EN

Vitse-prezidenti dövlətə xəyanətdə ittiham olunur- Bu ölkədə...

Ajans.az BBC-ə istinadən xəbər verir ki,bu ittihamlar mart ayında baş verən və vitse-prezidentə bağlılığı iddia edilən milisin hücumu nəticəsində 250 əsgər və bir generalın həlak olması ilə əlaqələndirilir. Sözügedən hücum zamanı BMT-yə məxsus helikopter də atəşə tutulmuş, pilot ölmüşdü. Maçarın sözçüsü Puok Bot Baluang bu iddiaları “siyasi cadugər ovu” adlandırıb və məsələni prezident Salva Kiirin ətrafındakı şəxslərin sülh razılaşmasını pozmaq cəhdi kimi qiymətləndirib. Mart ayından bəri ev dustaqlığında saxlanılan Maçarın paytaxt Cubadakı evinə gedən yolların tanklar və silahlı əsgərlərlə bağlandığı bildirilir. Ədliyyə naziri bildirib ki, Maçarla yanaşı, daha 7 nəfər, o cümlədən ölkənin neft naziri Puot Kanq Çol və Silahlı Qüvvələrin qərargah rəisinin müavini general-leytenant Qabriel Duop Lam da eyni ittihamlarla saxlanılıb. Daha 13 şübhəli isə hələ də azadlıqdadır. Dövlət televiziyasında yayımlanan məlumatda həm Maçarın, həm də Çolun vəzifələrindən azad edildiyi bildirilib. Maçar və prezident Salva Kiir arasında 2018-ci ildə imzalanmış sülh razılaşması təxminən 400 min insanın həyatına son qoyan vətəndaş müharibəsinə son vermişdi. Lakin iki lider arasında davam edən etnik və siyasi gərginlik səbəbindən razılaşmanın pozulacağına dair narahatlıqlar artmaqdadır. Ədliyyə naziri bildirib ki, istintaq və məhkəmə prosesi davam edir və məsələ ilə bağlı heç bir siyasi və ya diplomatik müzakirə aparılmamalıdır. Cənubi Sudan 2011-ci ildə Sudandan müstəqillik əldə etdikdən sonra, ölkədə sabitlik bərqərar ola bilməyib. Cəmi iki il sonra vətəndaş müharibəsi başlamış və tərəflər arasında qarşıdurmalar ölkəni dərin humanitar böhrana sürükləmişdi. Martdakı hücumun əsas icraçıları kimi göstərilən “Ağ Ordu” döyüşçüləri əsasən Maçarın mənsub olduğu Nuer etnik qrupunun üzvləridir və onların uzun müddətdir prezident Kiirin Dinka icması ilə rəqabət apardığı bildirilir. BMT, Afrika Birliyi və region ölkələri tərəfləri təmkinli olmağa və sülh razılaşmasına sadiq qalmağa çağırır.

 

Chosen
44
Ajans.az

1Sources