EN

QMİ sədri Qırğız Respublikasının Prezidenti ilə görüşüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə rəhbərləri Şurasının VI toplantısında iştirak etmək üçün sentyabrın 10-11-də Qırğızıstanda səfərdə olub.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov sentyabrın 11-də A.Paşazadə ilə görüşüb.

Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdıran Şeyxülislam A. Paşazadə bildirib ki, Qırğız Respublikası ilə bizi qırılmaz tellər və müştərək dəyərlər bağlayır: ”Prezidentlər İlham Əliyev və Sadır Japarov arasındakı dostluq və qardaşlıq münasibətləri sayəsində dövlətlərimizin və xalqlarımızın hərtərəfli əməkdaşlıq əlaqələri daha da möhkəmlənir”.

Şeyxülislam Prezident Sadır Japarovun rəhbərliyi ilə dini-mənəvi dəyərlərə xüsusi önəm verilən Qırğızıstanın ev sahibliyi etdiyi bu görüşün qardaş xalqlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, tədbirin təşkilinə görə Qırğız Prezidentinə təşəkkürünü bildirib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov isə səmimi salamlarını və ən xoş niyyətlərini Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Bildirib ki, qardaş türk dövlətlərində mənəvi əlaqələrin dərinləşdirilməsi, dini-mənəvi dəyərlərin inkişaf etdirilməsi, radikalizmə yol verilməməsi, xüsusilə, gənc nəslin əsl dini dəyərlər işığında maarifləndirilməsi ən önəmli məsələlərdəndir və bu işdə türk dövlətlərinin dini liderlərinin üzərinə böyük vəzifə düşür.

Chosen
28
5
azertag.az

6Sources