EN

Kremlin təbliğatçısı Vladimir Solovyova qarşı sui qəsd planlaşdıran şəxs ələ keçirildi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Rusiyanın Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları teleaparıcı, Kremlin təbliğatçısı Vladimir Solovyova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə Oxu.Az Ura.ru-ya istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hazırlıq tədbirləri həyata keçirib. Saxlanılan şəxs Solovyovun hərəkət marşrutları haqqında məlumat toplamaq üçün dəfələrlə Moskvaya səfər edib.

Ulyanovska qayıtdıqdan sonra, istintaqın məlumatına görə, o, müdafiə sənayesi obyektlərinin yerləşdiyi yerlər haqqında məlumat toplamaqla məşğul olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
2
oxu.az

3Sources