EN

Ermənistan artıq Rusiyanın qardaşı deyil ... Ermənistan üzünü Qərb ə çevirməklə vassallıq dan çıxır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

"Ermənistan artıq Rusiyanın qardaşı deyil". Ermənistan prezidenti Vaaqn Xaçaturyan qeyri-adi açıqlama verib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatını şaxələndirməyə nail olub. İrəvan həmçinin Moskvanın “erməni hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına” ümid edir. “İndi Rusiya ilə münasibətlər tamamilə fərqlidir - tərəfdaşlıq. Rusiyanın Ermənistana münasibəti böyük, kiçik qardaş kimi deyil, sadəcə olaraq tərəfdaşlıq xarakteri daşıyır. Son dörd il ərzində nəyə can atmışıq”-deyə Xaçaturyan bildirib.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son vaxtlar Güney Qafqazda bir sıra mühüm proseslər baş verir, Ermənistan artıq Rusiyadan getdikcə uzaqlaşır və daha müstəqil siyasi qərarlar qəbul edir.

Əli Mustafa

“Bu barədə Paşinyan bir qədər öncə danışmışdı. İndi prezident Xaçaturyanın dediyini bir müddət öncə baş nazir də deyirdi. Onlar deyirdilər ki, onlara qədər, yəni Paşinyan hakimiyyətə gələnə qədər Ermənistandakı hakimiyyət vassal dövlətin hakimiyyəti olub. Yəni Ermənistan Rusiyadan asılı olub, gizli şəkildə idarə olunub. İndi bunlar Rusiyadan artıq asılılıqdan çıxırlar, ondan asılı deyil və müstəqil bir Ermənistan yaradılır. Yəni əslində Güney Qafqazda suverenlik indi-indi bərpa olunur. Yəni biz də Qarabağı tam azad edəndən sonra bu suverenliyin tam təmin olunduğunu bəyan etdik”-deyə politoloq qeyd edib.

“İqtisadi cəhətdən Rusiya hələ də Ermənistanda dominantdır. "Ermənistanın bir çox sahələri - dəmir yolu, enerji sistemi və başqa sahələr Rusiyanın nəzarətindədir" kimi fikirlər var. Amma anlaşılan odur ki, Rusiya da Ermənistandan asılıdır. Bu, nəyi ifadə edir? Son illər Ermənistanın Rusiya ticarət dövriyyəsi artıq bir neçə milyard, hətta bir neçə dəfə artıb. Görünür, Rusiya da Ermənistan üzərindən müəyyən nələrsə alır, satır. Xüsusilə, sanksiya altında olan malların Ermənistan vasitəsilə alınıb, Rusiyaya götürülməsindən də danışılır. Yəni əslində prezident Xaçaturyan buna işarə edir. "Rusiya da bizdən asılıdır, biz də nədəsə ona kömək edirik, vasitəçi oluruq" deyir.

Ermənistanın son vaxt siyasətində dəyişən odur ki, hərbi və siyasi baxımdan, ümumiyyətlə Rusiyanın sanki himayəsindən çıxır. Daha çox Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə əməkdaşlığa yönəlir. Amma iqtisadi, ticari baxımdan hələ də Rusiya ilə bir formada davam edir. Ümumilikdə, Güney Qafqazda baş verən hadisələr, xüsusilə Azərbaycan və Türkiyə ilə Ermənistanın yaxınlaşması ciddi şəkildə Ermənistanı Rusiyanın siyasi vassallığından qurtarır”-deyə Əli Mustafa bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
50
bizimyol.info

10Sources