EN

“Liverpul”un baş məşqçisi Premyer Liqada ötən ayın ən yaxşısı seçilib

 

Bakı, 12 sentyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisi bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu ada “Liverpul”un çalışdırıcısı Arne Slot layiq görülüb.

Niderlandlı mütəxəssisin rəhbərliyi altında komanda ay ərzində bütün görüşlərdə qələbə qazanıb. Belə ki, mersisaydlılar “Bornmut”u 4:2, “Nyukasl”ı 3:2, “Arsenal”ı isə 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Liverpul” ötən mövsüm Arne Slotun rəhbərliyi altında Premyer Liqanın qalibi olub.

 

 

Chosen
6
2
azertag.az

3Sources