EN

"Fənərbaxça"nın istədiyi ulduz futbolçular bilindi

"Fənərbaxça" heyətini yarımmüdafiəçi ilə gücləndirmək istəyir. Metbuat.az xəbər verir ki, klub bir neçə futbolçunun namizədliyini nəzərdən keçirir. Türkiyənin “Fanatik” qəzetinin məlumatına görə, "Fənərbaxça” “Brentford” klubununa Yunus Əmrə Konak üçün təklif irəli sürsə də, təklif rədd edilib.

“Borussiya Dortmund”un futbolçusu Salih Özcanla yanaşı, "Çelsi"dən Andrey Santos, "Leypsiq"dən Assan Uedraoqo və " Brugge"dən Huqo Vetlesenin "Fənərbaxça"nın namizədləri arasında olduğu iddia edilir.

Chosen
7
metbuat.az

1Sources