EN

Fernandu Santuşun İslandiya ilə görüşdə böyük hesabla məğlub olmasının səbəbi bəlli oldu

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Fernandu Satnuşun başçılıq etidyi millimizin dünya çempionatının seçmə mərhələsinə biabırçı nəticəylə start verməsinin səbəbi üzə çıxıb.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, İslandiya ilə səfər matçına (5:0) yollanan futbolçular AFFA mənsubları ilə söhbətində Fernandu Santuşun onları çaşqınlıq içində saxladığını bildiriblər.

Ağır məğlubiyyətlə bağlı araşdırma aparan federasiya rəsmilərinə məlum olub ki, baş məşqçi rəqibi analiz edərkən, komandaya müdafiədən topla çıxmağı, yarımmüdafiənin mərkəzindən sürətli hücumlar qurmağı tapşırıb.

Fəqət, qarşılaşmanın startından dəqiqələr sonra o, taktikanı 180 dərəcə dəyişib.

Belə ki, portuqaliyalı çalışdırıcı arxada top saxlamamağa, onu yalnız irəli vurmağa göstəriş verib, üçüncü zonada hava müarizəsinin aparılmasını istəyib.

Sabiq baş məşqçi görüşün fasiləsində daha çox müdafiəyə çəkilməyin lazım olduğunu söyləyib. Komandanın ilk hissəni hesabda geri bitirməsinə (0:1) baxmayaraq, Santuş böyük qüvvə ilə irəli atılmağa icazə verməyib.

Bu da onun Azərbaycan millisindəki sonunu gətirib. İkinci yarıda daha 4 qol vuran ev sahibləri darmadağını rəsmiləşdirib, Santuş isə AFFA tərəfindən istefaya göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
oxu.az

3Sources