EN

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

Bakı. Trend:

Ötən il 5000 iştirakçı, 100-dən çox spiker, 100-dən çox startapvə investoru bir araya toplayan “INMerge” İnnovasiya Sammiti2025-ci ildə daha böyük hədəfləri qarşıya qoyaraq hazırlıqlarastart verib. Bu il beşinci dəfə təşkil olunacaq “INMerge” sammitidaha iddialı proqramla geri qayıdır – tədbirə "Netflix"inhəmtəsisçisi Mark Randolf kimi dünya miqyasında tanınmış adlarqatılacaq. Bundan əlavə, "OpenAI" şirkətinin keçmiş "Go-to-Market"rəhbəri Zak Hass və "Pixar"ın həmtəsisçisi Ed Katmull da spikerkimi çıxış edəcəklər.

"PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitinməqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək,startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıqüçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütüniştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platformaqurmaqdır. Sammit, fintex, telekommunikasiya, elektron ticarət vədigər sahələrdən olan innovatorları, investorları və sahəninnüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm dəiştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişafetdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalqəlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.

Xatırladaq ki, 2024-cü ildə, “INMerge” İnnovasiya Sammitində"YouTube"un həmtəsisçisi Stiv Çen, "Amazon"un vitse-prezidenti vətexniki direktoru Verner Vogels, "Starbucks" şirkətininhəmtəsisçisi Zev Siegl, Harvard Biznes Məktəbinin professoru LindaHill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayevkimi spikerlar qoşulub.

Qeyd edək ki, bu il beşinci dəfə təşkil olunacaq "INMerge”sammiti 29 və 30 senyabr 2025-ci il tarixlərində Bakı KonqresMərkəzində baş tutacaq. Ətraflı məlumat və biletləri əldə etməküçün www.inmerge.az veb-saytına keçid edə bilərsiniz.

Chosen
12
4
az.trend.az

5Sources