EN

Birinci Qarabağ müharibəsində şəhid olan Cəlal Abdullayevin qalıqları Qobustanda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Cəlal Abdullayevin qalıqları ailəsinə təhvil verilib.

Bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonu, Çərəkdar kəndində itkin düşüb.

APA



Chosen
22
herbiand.az

1Sources