ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 12-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib.
APA xəbər verir ki, səyyar qəbulun əsas məqsədi şəhər əhalisinin gündəlik sosial-məişət qayğılarını birbaşa dinləmək, onların infrastruktur, məşğulluq və digər sahələrlə bağlı müraciətlərinə çevik və operativ yanaşmanı təmin etmək olub.
Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən müxtəlif xidmət sahələrinin rəhbərləri – kommunal təsərrüfat, məşğulluq, səhiyyə, təhsil və sosial müdafiə qurumlarının nümayəndələri də iştirak ediblər.
Sakinlərin səsləndirdikləri təklif və müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlərin dərhal həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. Həlli vaxt tələb edən məsələlərin isə icrası müvafiq strukturların nəzarətinə götürülüb və onların icra vəziyyətinin daim diqqətdə saxlanacağı bildirilib.
Çıxışı zamanı Zakir Fərəcov vurğulayıb ki, vətəndaş müraciətlərinin hər biri diqqətlə araşdırılır və bu məsələlərin operativ həlli üçün mövcud imkanlar maksimum səfərbər olunur.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin mütəmadi təşkil etdiyi səyyar qəbul-görüşlər sakinlərlə birbaşa ünsiyyətin möhkəmləndirilməsinə, onların gündəlik həyatında qarşılaşdıqları problemlərin vaxtında və səmərəli həllinə yönəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.