EN

Sabah sulu qar yağacaq- XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Busaat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.

Chosen
25
49
busaat.az

10Sources