“Kəpəz” “Turan Tovuz”un futbolçusu Sadiq Şəfiyevi icarəyə götürüb. Msport.az xəbər verir ki, 19 yaşlı hücumçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək.
Gəncə futbolunun yetirməsi olan forvard 2020-2021-ci illər və ötən mövsümünün 2-ci hissəsini “Kəpəz”də keçirib.
O, aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.