EN

"Bütün nüvə materiallarımız xarabalıqdadır" - Əraqçi

İranın bütün zənginləşdirilmiş nüvə materialları İsrail və ABŞ-nin zərbələrindən sonra nüvə obyektlərinin xarabalıqlarındadır.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

Zənginləşdirilmiş nüvə materiallarının mövcudluğu ilə bağlı sualı canlı efirdə cavablandıran Əraqçi deyib: "Nüvə obyektlərinə zərbə endirdikdən sonra bütün materiallarımız xarabalıqdadır. Bu materialların mövcudluğu və onların vəziyyəti hazırda İranın Atom Enerjisi Təşkilatının mütəxəssisləri tərəfindən qiymətləndirilir".

O, həmçinin qeyd edib ki, İranın Atom Enerjisi Təşkilatı nüvə materiallarının vəziyyətini qiymətləndirdikdən sonra hesabat hazırlayacaq və bu hesabat ölkənin Milli Təhlükəsizlik Şurasına göndəriləcək. Bundan sonra şura qərar verəcək.

Ağarza Elçinoğlu

Chosen
21
21
unikal.az

10Sources