EN

Ayan Nadirin oğlunun toyuna getməmə səbəbini açıqladı: Çox ağır gün idi

"Mənə görə Selenanı tanıdılar. Amma Selenadan sonra məni çox sevən oldu. Allaha təşəkkür edirəm ki, mənə Selenanı bəxş etdi. Mənə güc verir, ondan sonra daha iradəli oldum. Sağlam düşünməyə başladım. O varsa heç kimə ziyan vermədən rahat yaşamalıyıq".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Günə uğurla" verilişində deyib. Müğənni qızı Selenadan danışaraq, ona həsr etdiyi yeni mahnısını təqdim edib.

Ayan müğənni Nadir Qafarzadənin oğlu Əzizin toyuna getməmə səbəbini də açıqlayıb:

"Nadirin övladının toyu oldu, məni dəvət etmişdi. Toyda o qədər gözəl Xalq artistləri var idi ki... O qədər gözəl toy keçdi ki... Onu bir kənara qoyub, mövzunu mənə yönəltdilər. Hər kəsin həyatında qayğısı, problemi olur. Həmin gün övladımın ilk dərs günü idi. Çox ağır gün idi. Gedə bilmədim və getmədim. Deməli bir problem var idi ki, getmədim. Yazırlar ki, həyat yoldaşı qoymadı. Bu, nə anlamdır? Heç kim heç kimə qadağa qoya bilməz".

Chosen
13
2
publika.az

3Sources