EN

"Qarabağ"ın rəqibi heyətini onunla gücləndirdi

 
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Atletik" yeni transfer edib.
 
Musavat.com xəbər verir ki, Bilbao təmsilçisi "Əl-Nəsr"dən (Səudiyyə Ərəbistanı) Emerik Laporte ilə anlaşıb.
 
İspaniyalı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, Laporte 2011-ci ildən 2018-ci ilə kimi "Atletik"də çıxış edib. O, "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 qol vurub.
 
Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də Bilbaoda keçiriləcək.
 
Sultan Məmmədli
Musavat.com
Chosen
46
2
musavat.com

3Sources