BAKI, 12 sentyabr. TELEQRAF
Bu gün Qırğızıstanda baş verən zəlzələni Qazaxıstan sakinləri də hiss ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ 2 bal gücündə Cambil rayonunun Korday kəndində qeydə alınıb. Zəlzələnin episentri Qırğızıstanda olub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 4 bal təşkil edib.