EN

“Barama” uşaq bağçasında zorakılıq iddiaları - Valideynlər ümid edir ki, məsələ araşdırılacaq - VİDEO

Paytaxtda fəaliyyət göstərən "Barama" uşaq bağçasında azyaşlılara qarşı zorakılıq halları ilə bağlı iddia gündəmə gəlib.

Milli.Az xəbər verir ki, valideynin sözlərinə görə, kamera görüntülərinə baxış zamanı bir tərbiyəçinin uşağı boğazından tutaraq digər otağa apardığı, daha sonra isə yerə tulladığı əks olunub.

Hazırda məsələ ictimai narazılıq doğurub.

Valideynlər ümid edirlər ki, aidiyyəti qurumlar məsələyə müdaxilə edəcək, uşaqların təhlükəsizliyi təmin olunacaq və belə halların təkrarlanmasına yol verilməyəcək.

Milli.Az

Chosen
7
1
milli.az

2Sources