EN

“Həyatımın ən böyük səhvi o insana inanmağım oldu” - Röya Ayxan

“Həyatımın ən böyük səhvi o insana inanmağım oldu”

News365.az xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan deyib.

O, açıqlamasında bildirib ki, 21 yaşında tanımadığı və uzaq bir ölkədə yaşayan bir insana inandığını və ona həyatına müdaxilə etmək icazəsi verdiyini etiraf edir:

“İcazə verdim ki, mənim həyatımla oynasın, adımdan istifadə etsin, gətdiyim yola girsin, ətrafımı ələ alsın, hər bir işdə onun qolu olsun. Buna mən özüm icazə verdim və bugün də o icazəni geri çəkirəm. Həyatımda ən böyük səhv bir dənədir və o da həmin insandır”, – deyə müğənni vurğulayıb.

Röya Ayxan etirafında şəxsi seçimləri və verdiyi icazələrin həyatında yaratdığı təsirləri açıq şəkildə dilə gətirib.

Chosen
24
news365.az

1Sources