EN

Donald Tramp: Kirkın qətlində şübhəli bilinən şəxs saxlanılıb

ABŞ Prezidenti Donald Tramp Çarli Kirkın qətlində şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

“Düşünürəm ki, o, bizim əlimizdədir”, - Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.Amerika liderinin dediyinə görə, qatil olduğu iddia edilən şəxsi tanışı ələ verib.

Çarli Kirk sentyabrın 10-da Yutah  Universitetində çıxışı zamanı güllələnib. Güllə onun boynuna dəyib. 

Kirkın tərəfdarı olan ABŞ prezidenti Donald Tramp mərhumun yaxınlarına başsağlığı verib. Mənbələr “Wall Street Journal” qəzetinə bildiriblər ki, tanınmış fəal Çarli Kirkı qətlə yetirmək  üçün istifadə olunan tüfəngdə “Antifa” hərəkatının şüarları həkk olunmuş güllələr olub. 

Yuta ştatının İctimai Təhlükəsizlik Departamentinin nümayəndəsi mətbuat konfransında bildirib ki, Çarli Kirkin qətlində şübhəli bilinən şəxs təxminən 25 yaşlı gəncdir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Chosen
74
44
azerbaijan-news.az

10Sources