ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
ABŞ-da bir neçə gün öncə sui-qəsd nəticəsində öldürülən siyasətçi Çarli Kirkin Arizona ştatının Finiks şəhərindəki müvəqqəti abidəsini dağıtmaq istəyən 19 yaşlı Rayder Korral saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KOLD telekanalı məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs Kirkin təsis etdiyi “Turning Point” təşkilatının qərargahının yaxınlığında yerləşən abidəni dağıtmağa cəhd edib. Korral hadisə yerinə yaxın olan şəxslər tərəfindən saxlanılıb və sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.
O, bir neçə maddə ilə, o cümlədən əmlaka ziyan vurmaq və asayişi pozmaqda ittiham olunacaq.
Xatırladaq ki, Trampın tərəfdaşı, mühafizəkar xətti ilə seçilən Ç.Kirk 10 sentyabrda Yuta ştatında çıxışı zamanı güllələnərək öldürülüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.