EN

Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib

Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalında yayımlanan verilişdə deyib.

O, Kirkin qatilinin ölüm cəzası alacağına ümid etdiyini bildirib.

Tramp əlavə edib ki, Kirkin qatili barədə onun özünə yaxın olan bir şəxs tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

Amerikalı siyasi fəal və ABŞ prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

Chosen
35
34
operativmm.az

10Sources