EN

Azərbaycan klubu kanadalı basketbolçu transfer edib

Kanadalı basketbolçu Ankit Çoudhari karyerasını Azərbaycanda davam etdirəcək.

"Lənkəran" klubundan 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi 24 yaşlı oyunçu ilə anlaşıb.

Müdafiəçi daha əvvəl ölkəsində "Brampton Honeybadgers" komandasında oynayıb.

Qeyd edək ki, "Lənkəran" bunadək Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery və Nmeso Nne Bedumu heyətinə cəlb edib.

Chosen
12
8
90deqiqe.az

9Sources