Sea Breeze

Əməyin mühafizəsinin rəqəmsallaşdırılması mövzusunda Cənubi Koreya Respublikasının nümayəndələri ilə onlayn görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazilik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzi ilə Cənubi Koreya Respublikasının Əməyin Mühafizəsi Agentliyi (KOSHA) arasında onlayn görüş baş tutub.

Görüşün əsas məqsədi əməyin mühafizəsi sahəsinin rəqəmsallaşdırılması üzrə qarşı tərəfin təcrübəsinin öyrənilməsi olub.

Müzakirələr zamanı tərəflər əməyin mühafizəsi sahəsində rəqəmsal platformaların fəaliyyəti, iş yerlərinin yoxlanılması və aşkar olunan nöqsanların izlənməsi, əsas təhlükə faktorları üzrə elektron modullar, peşə xəstəlikləri monitorinqi və istehsalatda bədbəxt hadisələrin qeydiyyatı sistemləri barədə məlumat mübadiləsi aparıblar. Həmçinin elektron risk qiymətləndirmə, rəqəmsal nəzarət sistemləri, avtomatlaşdırılmış risk xəritəsi, təlim proqramlarının planlaşdırılması və təhlili, “Smart safety” texnologiyaları və “Zero Accident” kampaniyalarının tətbiqi üzrə Koreya təcrübəsi ilə tanışlıq olub.

Sonda tərəflər arasında təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX