EN

Bu ölkədən sensasiya: Növbəti hədəf İstanbul və Ankara olacaq

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyini hədəf alan hava hücumunun əks-sədaları davam edir. Hadisədən sonra sosial mediada “Türkiyəni vur” çağırışları edilib.

Publika.az xəbər verir ki, israilli təqaüdçü polkovnik, politoloq Moşe Elad bildirib ki, İsrailin sərt addımlarına görə Türkiyə də hədəfə çevrilə bilər.

O, “İsrailin qırmızı xətti olmadığı təəssüratı mövcuddur” deyərək, keçmişdə də ölkənin Avropanın mərkəzində Fələstin azadlıq təşkilatının (FƏTH) üzvlərinə sui-qəsd həyata keçirdiyini xatırladıb.

“Mossad Avropanın qəlbində Fələstin liderlərini siyasi nəticələri nəzərə almadan aradan götürüb. Buna görə də sabah Türkiyə də sıradakı ölkə ola bilər. Əgər fələstinlilər Ankaraya üz tutarsa, İsrailin İstanbul və ya Ankara mərkəzində hücum riski var”, - Elad qeyd edib.

Təqaüdçü polkovnik, həmçinin Qətər və İranı da hədəf göstərərək, Dohanın ABŞ-ın qoruması altında olduğunu düşünməsinin səhv olduğunu vurğulayıb: “Qətər özünü toxunulmaz sayırdı, amma bu düşüncə artıq dağıldı. Növbəti hədəf Türkiyə ola bilər”.

Chosen
27
1
publika.az

2Sources